Bakıda tədbirdə monitor qadının üstünə aşdı - VİDEO

❗️ Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində keçirilən kütləvi tədbir zamanı iriölçülü LED ekran aşıb.

🔻 Ekranın insanların dayandığı əraziyə düşdüyü, nəticədə bir qadının xəsarət aldığı bildirilir.

📍 Məlumata görə, hadisə AYNA-nın Mikromobillik həftəsi çərçivəsində təşkil etdiyi “Avtomobilsiz gün” tədbirində baş verib.