Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi - TƏFƏRRÜAT
📍 Hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
▪️ 15 yaşlı yeniyetmə futbol oynayarkən topu qonşunun həyətinə düşüb.
🔻 Topu götürmək üçün həyətə daxil olan yeniyetmə açıq dəmir şkafda gördüyü qaynaq aparatının naqillərini, laqonda və dreli oğurlayıb.
💰 Oğurluq nəticəsində ev sahibinə 450 manat ziyan dəyib. Yeniyetmə əşyaları sonradan satıb.
▪️ Dəymiş ziyanı yeniyetmənin anası ödəyib. Zərərçəkən şikayətçi olmadığını bildirib.
⚖️ Məhkəmənin qərarı ilə yeniyetməyə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.