Bakını tıxayan görünməz səbəblər: Problem yalnız maşın sayı deyil
🌆 Tıxac artıq London, İstanbul, Moskva, Paris və Nyu-York kimi meqapolislərin də gündəlik problemidir.
📍 Bakıda əhali sıxlığı, Abşeron yarımadasında sürətli məskunlaşma və hər gün paytaxta daxil olan yüz minlərlə insan nəqliyyat yükünü artırır.
⚠️ Lakin şəhərdəki sıxlığın səbəbi yalnız avtomobillərin çoxluğu deyil. Bəzən bir sürücünün yolun hərəkət hissəsində dayanması bütöv prospektdə hərəkəti iflic edə bilir.
🅿️ Mağaza, aptek və restoran qarşısında “cəmi bir neçə dəqiqəlik” saxlanılan avtomobillər yolun buraxılış imkanını azaldır, digər sürücülərin zolaq dəyişməsinə səbəb olur.
🚕 Eyni problem taksilərdə də müşahidə olunur. Sərnişin götürmək və ya düşürmək üçün yolun ortasında saxlanılan avtomobillər xüsusilə pik saatlarda nəqliyyat axınını ləngidir.
📊 Mütəxəssislər hesab edir ki, taksi və çatdırılma xidmətlərinin artdığı dövrdə dayanma-durma qaydalarına nəzarət və yol kənarlarının düzgün idarə olunması tıxacların azalması üçün vacib amillərdəndir.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.