Bakıya yağış, bəzi yerlərə leysan yağacaq - Sabahın havası

🌥️ Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gündüz bəzi yerlərdə qısamüddətli az yağış ehtimalı var.

🌬️ Şimal-qərb küləyi arabir güclənəcək. Temperatur gecə 20-23°, gündüz 23-26° isti olacaq.

⛈️ Rayonlarda əsasən yağmursuz hava gözlənilir. Lakin dağlıq və dağətəyi ərazilərdə yağış, leysan, şimşək və dolu ehtimalı var.