BDYPİ sürücülərə hava şəraiti ilə bağlı müraciət edib
Sentyabrın 21-də bəzi dağlıq və dağətəyi rayonlarda intensiv leysan, şimşək, dolu və duman gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xüsusilə diqqətli olmağı, sürət həddini hava və yol şəraitinə uyğun seçməyi tövsiyə edib.
Yağıntı və duman səbəbindən yol örtüyünün sürüşkənləşməsi və görünüş məsafəsinin azalması mümkündür.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.