Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın zərərçəkmiş kimi tanındığı dələduzluq işi üzrə məhkəmə davam edib.

💰 Həmzəyeva bildirib ki, Röyal Masiyevə salonun təmiri üçün verdiyi pullarla bağlı qəbz almayıb və ona etibar edib. Onun iddiasına görə, Masiyev 300 min 706 manat borcunu qaytarmayıb.

⌚ Zərərçəkmiş həmçinin 14 min 800 dollar dəyərində saatın da götürüldüyünü və pulunun ödənilmədiyini deyib.

📌 Röyal Masiyev külli miqdarda dələduzluqda ittiham olunur və hazırda ev dustaqlığındadır. 📅 Növbəti məhkəmə iclası noyabrın 17-nə təyin edilib.