Belə toy görməmisiniz: Gəlin suyun içindən keçdi

Filippində güclü yağış və daşqın toy mərasiminə mane ola bilməyib.

Su altında qalan kilsədə keçirilən qeyri-adi nikah mərasimi sosial şəbəkələrdə böyük maraq doğurub.

Gəlin suyun içindən keçərək mehraba yaxınlaşıb. Cütlük bildirib ki, bu günü çoxdan gözləyiblər və hava şəraitinin toylarına mane olmasını istəməyiblər.