Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq ölüb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Bərdə şəhəri M.P. Vaqif küçəsində baş verib. Belə ki, 2024-cü il təvəllüdlü Ə. M (Ad şərtidir) valideynlərinin nəzarətindən yayınaraq həyətə çıxıb. Azyaşlı həyətdə ehtiyat su toplamaq üçün nəzərdə tutulan hovuza düşüb və boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.