Bəstəkar Aydın Əzim: “Bu xalq çox güclü xalqdır. Üzeyir bəyi yetirdi, Məhəmməd Əmin Rəsulzadəni çıxardı, Heydər Əliyevi yetişdirdi” Əməkdar incəsənət xadimi Aydın Əzim APA-nın “Əsrin yaşıdı” layihəsinə müsahibəsində Azərbaycan xalqının gücündən, Üzeyir Hacıbəyovdan və milli bəstəkarlıq məktəbinin yaranmasından danışıb. • Bəstəkar bildirib ki, Azərbaycan xalqı tarix boyu çoxsaylı çətinliklərlə üzləşsə də, öz gücünü qoruyub saxlayıb. • “Bu xalq çox güclü xalqdır. Üzeyir bəyi yetirdi, Məhəmməd Əmin Rəsulzadəni çıxardı, Heydər Əliyevi yetişdirdi”, – deyə o vurğulayıb. • Aydın Əzim Üzeyir Hacıbəyovu “yeganə dahi” adlandıraraq onun Azərbaycan xalqına böyük xidmətlər göstərdiyini bildirib. • Onun sözlərinə görə, Üzeyir bəyin ən böyük arzularından biri Azərbaycanda bəstəkarlıq məktəbi yaratmaq olub. Bu məqsədlə Qara Qarayev və Cövdət Hacıyevi Moskvaya təhsil almağa göndərib.