Bilgəhdə 2 nəfər dənizdə batıb

Bu barədə "Bakues.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.