Bu gün Azərbaycanda lokal xarakterli antiterror tədbirlərinin başlanmasından 3 il ötür.

2023-cü il sentyabrın 19-da başlayan tədbirlər 23 saat 43 dəqiqə davam edib və sentyabrın 20-də saat 13:00-da atəşkəs razılaşması ilə dayandırılıb.

Nəticədə Qarabağda qanunsuz silahlı birləşmələr tərk-silah edilib, separatçı rejim ləğv olunub və Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib.