Bu gün Bakıda “Dəhlizlər arasında körpü: Bağlantılar və infrastruktur” mövzusunda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu 2026 keçirilir.

🚛 Forumda iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika əlaqələri, investisiya imkanları və Orta Dəhlizin perspektivləri müzakirə olunur.

📊 Tədbirdə “Azərbaycan üzrə Aİ Biznes Mühiti Hesabatı 2025/2026” və ticarət sektorunun inkişafına dair tədqiqat hesabatı təqdim ediləcək.

🤝 Forumda dövlət qurumları, beynəlxalq maliyyə institutları və biznes sektorunun nümayəndələri iştirak edirlər.