Bu gün Beynəlxalq Müəllimlər Günüdür

📚 5 oktyabr dünyada Ümumdünya Müəllimlər Günü kimi qeyd olunur.

1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə keçirilən konfransda müəllimlərin statusu və əmək şəraitinə dair ilk beynəlxalq sənəd qəbul edilib.

🌍 1994-cü ildən UNESCO bu tarixi Ümumdünya Müəllimlər Günü elan edib.

🇦🇿 Azərbaycanda isə Müəllimlər Günü 1993-cü ildən qeyd olunur.

💐 Peşə bayramınız mübarək, əziz müəllimlər!