Bu gün Heydər Əliyev Mərkəzində “44” bədii filmi təqdim olunacaq
🇦🇿 Film Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr edilib.
▪️ Ekran əsərində müharibə hadisələri bir kursantın gözü ilə təqdim olunur. Süjetdə qəhrəmanlıq, sevgi, şəxsi sınaqlar və hərbi əməliyyatlar əksini tapıb.
🎥 Filmin rejissorları İsmayıl Səfərəli və Maksim Smetana, ssenari müəllifi isə Anar Ələkbərovdur.
📍 Çəkilişlər Bakı, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl və digər bölgələrdə aparılıb.
▪️ Filmdə türkiyəli həkim Zeynəb Özdəmir obrazı da yer alır.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.