Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında ümumvətəndaş pasportuna malik şəxslər üçün viza tələbi ləğv olunur.
"Real Azərbaycan" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün baş tutan iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq olunması ilə bağlı qanun layihəsində yer alıb.
Sənəd parlamentarilər tərəfindən səsə qoyularaq bir oxunuşda təsdiqlənib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.