Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak alıb
AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərovanın Nyu-Yorkda 7,5 milyon dollara əmlak aldığı bildirilir.
Məlumata görə, söhbət Manhettenin Çelsi rayonunda yerləşən iki kommersiya obyektindən gedir.
Əmlakın ümumi sahəsinin 434,6 kvadratmetr olduğu qeyd olunur. Bildirilir ki, obyekt Məlahət Əsgərova tərəfindən sahibi olduğu
“MRCRI Prop” LLC
şirkəti vasitəsilə alınıb.(Qafqazinfo)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.