Cəbrayılda mina partlayışı – yaralanan var

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində mina hadisəsi baş verib.

2000-ci il təvəllüdlü rayon sakini Orxan Qəhrəmanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb.

Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Vətəndaşlara mina təhlükəsi olan ərazilərə daxil olmamaq tövsiyə olunur.