Cəbrayılda minaya düşən şəxslər şəhidin atası və qardaşıdır

💥 Bu gün işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minaya düşən şəxslərin 2016-cı ilin Aprel döyüşlərində şəhid olan Ruhin Qəhrəmanovun ailə üzvləri olduğu məlum olub.

👤 Əşrəf Elman oğlu Qəhrəmanov şəhid Ruhin Qəhrəmanovun atası, Orxan Qəhrəmanov isə qardaşıdır.

🇦🇿 Ruhin Qəhrəmanov 2016-cı il aprelin 2-də Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

🎖 Əşrəf Qəhrəmanov isə Birinci Qarabağ müharibəsi veteranıdır.