Ceyhun Bayramov: Azərbaycan TDT-nin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində səylərini davam etdirəcək

📌Nazir qlobal münaqişələrin davam etdiyi, beynəlxalq hüquqa çağırışların artdığı və qlobal təhlükəsizlik arxitekturasının zəifliklərinin üzə çıxdığı bir şəraitdə qarşılıqlı etimadın, ortaq maraqların və həmrəyliyin əhəmiyyətini vurğulayıb.

📌Azərbaycan xarici işlər naziri siyasi dialoqun və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd edərək, Bakıda Təhlükəsizlik Şuraları katiblərinin görüşünün bu baxımdan əhəmiyyətini diqqətə çatdırıb.