Ceyhun Bayramov: Ermənistan cəmiyyəti anlamalıdır ki, sülh hər iki xalq üçün vacibdir

Azərbaycanın xarici işlər naziri bildirib ki, Ermənistan tərəfinin sülh sazişi ilə bağlı fərqli açıqlamaları diqqətlə izlənilir.

🤝 “Azərbaycan tarixi Vaşinqton Sammitində öz xoş niyyətini göstərib. Sülh prosesinin real nəticələrini nümayiş etdirmək üçün birtərəfli addımlar da atılır”.