Çin ABŞ-a iki panda göndərib

“Pinpin” və “Fuşuan” adlı pandalar sentyabrın 27-də Çendudan yola salınıb. Onlar növbəti 10 il ərzində Atlantadakı zooparkda yaşayacaqlar.

🤝 Bu, Çin və ABŞ arasında pandaların qorunması proqramı çərçivəsində əməkdaşlığın yeni mərhələsidir. Razılaşma heyvanların çoxaldılması, xəstəliklərin qarşısının alınması və təbii yaşayış mühitinin qorunmasını əhatə edir.