Çingiz Mustafayevin lentə aldığı Xocalı faciəsi kadrlarından tanınan Ləfxanım Mahmudova 34 ildən sonra Xocalıya qayıdıb.
🏠 O, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.
🕊 1992-ci ildə 9 yaşında Xocalını tərk edən Ləfxanım bu gün doğma torpağında yeni həyata başlayıb.
“Şükürlər olsun. Böyük sevinc və qürur hissi keçirirəm”, – deyə Ləfxanım Mahmudova bildirib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.