Dağlıq rayonlarda yağış, leysan və dolu ehtimalı var

🔹 Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

⚡ Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

🌊 Çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.