Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Ukrayna polisinin birgə əməliyyatı nəticəsində Azərbaycan vətəndaşlarının bank kartlarından pul oğurlayan mütəşəkkil şəbəkənin Kiyevdə müxtəlif ünvanlarda fəaliyyət göstərən “Call center”ləri aşkarlanaraq onlarla kibercinayətkar ifşa olunub.