Müğənni Dəniz Şamaxılı şou-biznesdə baş verənlər və bəzi həmkarlarının davranışları ilə bağlı sərt açıqlamalar verib.
O, bu fikirlərini “Real Azərbaycan” a açıqlamasında səsləndirib.
Müğənni bildirib ki, hazırda bəzi ifaçıların əsas məqsədi sənət və yaradıcılıq deyil, imkanlı kişilərin diqqətini cəlb etməkdir:
“İndiki müğənnilər efirə çıxmaqdan çox, pullu kişi axtarmaqla məşğuldurlar. Çoxunun düşüncəsi mahnı oxumaq, sənət göstərmək deyil. Əksinə, görəsən, hansı imkanlı kişini ələ keçirib həyatını bədbəxt edə bilərik düşüncəsi ilə yaşayırlar.
Ad çəkməyimə ehtiyac yoxdur. Bu sahənin adamları mənimlə razılaşar. Gecə restoranlarında şou-proqramlarda səhnə almaq üçün müdirlərə yalvarırlar ki, bizi səhnəyə buraxın, heç olmasa, 2-3 mahnını pulsuz oxuyaq.
Amma həmin restoranlarda bir qədər imkanlı şəxslə qarşılaşan kimi, bəzilərinin fikri tamam başqa istiqamətə yönəlir. Elə həmin gün hotelə getməyə üstünlük verirlər.
Əvvəllər belə deyildi. İnsanlar sənətə, səhnəyə və ifaçılığa dəyər verirdilər. İndi isə müğənnilik və şou-biznes sahəsi, təəssüf ki, biyabırçı vəziyyətə düşüb”, – deyə Dəniz Şamaxılı vurğulayıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.