DİN: Xaricdə iş və müxtəlif vədlərlə dələduzluq edən şəxs saxlanılıb.

E.Vəliyev İsveçrədə iş, ev və “golfcar” vədləri ilə vətəndaşlardan 5 128 manat alıb. O, həmçinin 19 min manatlıq “golfcar”ı sahibinin razılığı olmadan 8 min manata satıb.

Onun tanınmış şəxslərlə fotomontaj edilmiş şəkillərdən istifadə edərək etimad qazandığı müəyyənləşib. Faktla bağlı istintaq davam edir.