Diqqətli olun! Saxta videolara aldanmayın!

Son günlər sosial şəbəkələrdə İran, Türkiyə və əvvəllər Azərbaycanda keçirilmiş aksiyaların görüntüləri ölkəmizdə hazırda baş verən hadisələr kimi təqdim edilərək yayılır.

Bu cür manipulyativ paylaşımların bir qismi xaricdə fəaliyyət göstərən anti-Azərbaycan qüvvələri tərəfindən dövriyyəyə buraxılır. Məqsəd ictimai rəyi çaşdırmaq, dezinformasiya yaymaq və cəmiyyətdə yanlış təsəvvür formalaşdırmaqdır.

Vətəndaşları diqqətli olmağa çağırırıq!

Sosial şəbəkələrdə gördüyünüz hər videoya inanmayın. Görüntülərin harada və nə zaman çəkildiyini yoxlayın. Mənbəyi məlum olmayan, təsdiqlənməmiş videoları paylaşaraq dezinformasiyanın yayılmasına vasitəçi olmayın.

Unutmayın: Köhnə görüntülərin yeni hadisə kimi təqdim edilməsi informasiya manipulyasiyasının ən geniş yayılmış üsullarından biridir.

Ayıq-sayıq olun, saxta məlumatlara aldanmayın!