DTX antiterror əməliyyatı keçirdi – dəstə üzvləri saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən antiterror tədbirləri zamanı terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib.

DTX-nin məlumatına görə, əməliyyat nəticəsində Azərbaycanda və xaricdə fəaliyyət göstərən cinayətkar birliyin

10 üzvü saxlanılıb

Saxlanılan şəxslər barəsində terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik yaratma və sui-qəsdə hazırlıq maddələri ilə cinayət işi başlanıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.