DYP “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirlərini davam etdirir

APA xəbər verir ki, nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərlə bağlı sürücülərə xəbərdarlıq edilib.

🌱 Sürücülərə avtomobillərin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin və insanların sağlamlığının qorunması baxımından vacibliyi izah olunub.

📌 DYP sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməyə və ətraf mühitin qorunmasına həssas yanaşmağa çağırıb.