Ekvadorda keşiş faciəvi şəkildə ölüb.

Gündəlik ayin sosial şəbəkələrdə canlı yayımlanırmış. Yayımın 27-ci dəqiqəsində divara bərkidilmiş xaç qəfil yerindən qoparaq keşişin üzərinə düşüb.

İbadət dərhal dayandırılıb. Hadisə yerində olanlar təcili tibbi yardım çağırıb və yaralıya kömək etməyə çalışıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.