Əli Nağıyev: Ermənistan saxlanma yerlərində öldüyü bildirilən 33 azərbaycanlının meyitini qaytarmayıb
• Birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş 834 azərbaycanlı barədə siyahı Ermənistana təqdim edilib. Onlardan 104 nəfər haqqında ətraflı məlumat verilib.
• BQXK-nın rəsmi qeydiyyatında olan 54 nəfərdən 17-sinin meyiti qaytarılıb, 33-nün meyiti qaytarılmayıb, 4 nəfərin taleyi isə açıqlanmayıb.
• Ermənistanın təqdim etdiyi 50 erməni əsilli şəxsin DNT profilləri azad edilmiş ərazilərdə aşkarlanan qalıqlarla uyğun gəlməyib.
• Əli Nağıyev bildirib ki, Ermənistan itkin azərbaycanlıların taleyi və dəfn yerləri barədə məlumatları təqdim etməli, arxivlərin açılmasına şərait yaratmalıdır.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.