“Biz keçən ilin may ayında Embawood-dan divan almışıq. Cəmi 5 ay istifadə etdikdən sonra divan xarab oldu. Dəfələrlə zəng etməyimizə baxmayaraq, gəlib təmir etmirdilər.
“Real Azərbaycan” xəbər verir ki, bu sözləri “Facebook” sosial şəbəkəsində “Müştəriyəm, Şikayətim Var” qrupunda sosial şəbəkə istifadəçisi Elmira Salahova-Musayeva paylaşım edib.
Şikayətçinin sözlərinə görə, uzun müddət nəticə əldə edə bilmədikdən sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər. Bundan sonra şirkət əməkdaşları divanı təmir etmək üçün aparıblar.
Lakin problem bununla da bitməyib. Belə ki, artıq 1 aydan çoxdur divan geri qaytarılmır. Şikayətçi bildirir ki, şirkətə zəng etsələr də, telefonlara cavab verilmir
“Çox məsuliyyətsiz və keyfiyyətsiz bir şirkətdir! Ayıb olsun!” – deyə şikayətçi qeyd edib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.