Biznesmen və müğənni Emin Ağalarovun həyat yoldaşı, rusiyalı model Alyona Qavrilova milyonlarla rubl dəyərində geyim və aksessuarlarla ictimaiyyət qarşısına çıxıb.

"Real Azərbaycan" xəbər verir ki, bu barədə “Zvezdaç” "Telegram" kanalı məlumat yayıb. 39 yaşlı model çəhrayı rəngli, 115,5 min rubl dəyərində korset libasında görüntülənib.

Onun obrazını İtaliyanın “Bvlgari” brendinin saatı, boyunbağısı və sırğaları tamamlayıb. Məlumata görə, modelin qolundakı saatın qiyməti 7 milyon rubl, boyunbağının qiyməti 10 milyon rubl, sırğaların qiyməti isə 5,7 milyon rubl təşkil edib.

Beləliklə, Qavrilovanın üzərindəki sözügedən geyim və aksessuarların ümumi dəyəri təxminən 23 milyon rubl (466 min manat) olub.