Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin ifadəsi yayıldı

🇦🇿 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib.

📰 Ermənistanın “Joğovurd” qəzeti yazıb ki, Musayev ifadəsində ev sahibəsinin silahdan yapışdığını və buna görə atəş açmağa məcbur qaldığını deyib.

📌 O, yazılı ifadəsində daha sonra ev sahibəsi və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla yaraladığını və döydüyünü iddia edib.

⚖️ Nəşrin məlumatına görə, ev sahibi Ani Avestisyan isə istintaqa verdiyi ifadədə hadisə ilə bağlı fərqli iddialar səsləndirib.