Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi gücünü siyasi və hərbi gücə çevirdi

Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olub.

🔹 Onun sözlərinə görə, müqavilə ölkəyə böyük həcmdə xarici sərmayə və qabaqcıl texnologiyaların gəlməsinə, müasir infrastrukturun və güclü dövlət institutlarının formalaşmasına imkan yaradıb.

🔹 Bakı–Tbilisi–Ceyhan kimi strateji layihələrin reallaşması Azərbaycanın dünya enerji xəritəsində mövqeyini gücləndirib.

“Əsrin müqaviləsi” iqtisadi inkişafdan dövlət qüdrətinə və tarixi Zəfərə aparan strateji yolun başlanğıcı oldu”, – Tahir Mirkişili bildirib.u