Füzuli zəfərindən altı il ötür

2020-ci il oktyabrın 17-də - Vətən müharibəsinin 21-ci günündə Azərbaycan Ordusu Füzuli şəhərini və ətraf kəndləri işğaldan azad edərək 27 illik həsrətə son qoydu. Bu zəfər hərb tariximizin şanlı səhifələrindən birinə çevrildi.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd olunur.