Gəncədə avtomobil 59 yaşlı piyadanı vurub

📍 Hadisə şəhərin Totanlı küçəsində baş verib.

▪️ “BYD” markalı avtomobil yolu keçmək istəyən 59 yaşlı İ. Nəcəfovu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.