Goranboyda gənc oğlanın meyiti əkin sahəsindən tapılıb

Hadisə rayonun Bəşirli kəndində qeydə alınıb.

22 yaşlı Ə. Abbasovun meyiti kənd yaxınlığındakı əkin sahəsindən aşkarlanıb.

Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.