Goranboyda yaşayan 70 yaşlı Arifə xanım 47 illik aşpazlıq təcrübəsini TikTok vasitəsilə bölüşür, reseptlərini izləyicilərinə öyrədir və Azərbaycan milli mətbəxinin ənənələrini rəqəmsal mühitdə yaşadır.

“Yemək bişirməyə marağım uşaqlıqdan yaranıb. Balaca vaxtlarımdan böyüklərin yanında olmuşam, onlara baxa-baxa öyrənmişəm. Artıq 47 ildir ki, bu işlə məşğulam. İllər keçdikcə təcrübəm artıb, öz bişirmə üsullarımı yaratmışam. Mənim üçün aşpazlıq sadəcə iş deyil, sevdiyim bir sənətdir”.

Onun hekayəsi göstərir ki, yeni texnologiyaları öyrənmək və öz bacarığını başqaları ilə bölüşmək üçün yaş maneə deyil. İllərlə toplanmış təcrübə rəqəmsal platformalar sayəsində daha geniş auditoriyaya çata bilər.

Arifə xanım Lent.az-a aşpazlığa başladığı ilk illərdən, Goranboy mətbəxindən, TikTok-la tanışlığından və bu platformanın həyatında yaratdığı dəyişikliklərdən danışıb.