Göygöldə itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb.

Meyit rayonun Hacıməlik qəsəbəsində açıq ərazidə aşkarlanıb.

Astara rayon sakini, 1942-ci il təvəllüdlü M. Hüseynovun üzərində ilkin müayinəyə əsasən zorakılıq əlamətləri olmayıb.

Qeyd edək ki, o, noyabrın 8-də Astara rayonundan Gəncədə hərbi xidmətdə olan nəvəsinin andiçmə mərasiminə gəldikdən sonra itkin düşüb.