Gündəmi zəbt edən qarpız satanın işsizlik problemi həll olundu
İki gündür işsiz qalması ilə gündəmə gələn qarpız satan Xəyal Əsədov yenidən işinə qayıdıb.
O bildirib ki, məsələ mediada işıqlandırıldıqdan sonra işinə bərpa olunub.
Xəyal Əsədov media nümayəndələrinə, həmçinin kamera görüntülərini araşdıraraq məsələyə aydınlıq gətirən Azərbaycan polisinə təşəkkür edib.
Qeyd edək ki, Xəyal Əsədov deputat Fəzail İbrahimliyə satdığı qarpızların ağ çıxmasından sonra işini itirdiyini iddia etmişdi.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.