Hacıqabulda tutulan şəxs Bakıda da motosiklet oğurlayıbmış

Hacıqabulda oğurluqda şübhəli bilinən 21 yaşlı Nəriman Vəlizadə saxlanılıb.

Araşdırma zamanı onun Bakı ərazisindən 5 motosiklet oğurlayaraq satdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.