Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib.
Fidan bildirib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir.
“Qardaş Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə, ortaq məqsədlərimiz naminə çiyin-çiyinə irəliləməyə davam edəcəyik”, – deyə nazir vurğulayıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.