Hakimin ölümü ilə nəticələnən qəza: sürücü ilə bağlı qərar qüvvədə saxlanıldı

Bakı Apellyasiya Məhkəməsi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın ölümü ilə nəticələnən yol qəzası üzrə qərarını dəyişməyib.

Nuran Abdurrahmanovun 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm qüvvədə qalıb.

Qeyd edək ki, qəza 2025-ci il dekabrın 22-də baş verib. Hadisə nəticəsində hakim Aynur Rzayeva həyatını itirib.