Hazırda işğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur.

📍 “Azəriqaz”ın məlumatına görə, 2023–2025-ci illərdə Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdərə, Ağdam, Kəlbəcər, Şuşa və Xocalıda genişmiqyaslı qazlaşdırma işləri aparılıb.

🛠 Xankəndidə 53,5 km qaz xətti işçi vəziyyətə gətirilib, 2025-ci ildə isə 26 yaşayış məntəqəsi üçün 165,67 km yeni qaz kəməri çəkilib.

🏠 Qazlaşdırma işlərinin Böyük Qayıdış proqramı çərçivəsində davam etdirildiyi bildirilib.