Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasova hökm oxunub.

🔒 Bakı Ağır Cinayətlər Məhkəməsi onu 9 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Dövlət ittihamçısı 10 il 6 ay həbs cəzası istəmişdi.

📍 Hadisə martın 20-də Hövsan qəsəbəsində baş verib. 35 yaşlı müəllim Pərvanə Abbasova bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

👮 Qətldə onun həyat yoldaşı, 43 yaşlı Vasif Abbasov təqsirli bilinib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.