Hikmət Babaoğlu: Heydər Əliyevin qurduğu dövlətçilik modeli Azərbaycanın Zəfərinə yol açdı
Lent.az xəbər verir ki, bunu deputat, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu APA-ya açıqlamasında bildirib.
O qeyd edib ki, 1993-cü ildən başlayan dövlət quruculuğu prosesi Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının və güclü ordusunun formalaşmasına zəmin yaradıb.
Deputatın sözlərinə görə, bu təməllər 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə imkan verib. O, həmçinin milli həmrəyliyin və güclü dövlət modelinin sülhün qorunmasında mühüm rol oynadığını vurğulayıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.