Hikmət Hacıyev: Qarabağda Qafqaz Albaniyasının xristian irsinin izləri var

Prezidentin köməkçisi Hikmət Hacıyev Ərəb Media Forumunda Qafqaz Albaniyasının qədim dövləti və zəngin xristian irsi barədə danışıb.

O bildirib ki, bu irsin mühüm izlərini Qarabağda və Azərbaycanın digər bölgələrində görmək mümkündür.

Hikmət

Hacıyev Azərbaycanın dini və mədəni irsi qorumaq, mühafizə etmək və bərpa etmək öhdəliyini vurğulayıb.