Husilərin Səudiyyə Ərəbistanına yeni hücumlarından sonra neftin qiyməti kəskin artıb.

📈 “Brent” markalı neft 3,08% bahalaşaraq barrel üçün 112,17 dollara, WTI isə 99,83 dollara yüksəlib. “Brent” son 5 ayın ən yüksək səviyyəsinə çatıb.

⚠️ Bazarda əsas narahatlıq Yaxın Şərqdə gərginliyin daha da artması və neft tədarükünün pozulması ehtimalıdır.

💥 Məlumata görə, Husilərin Səudiyyə Ərəbistanında mülki hava limanı və neft obyektlərinə hücumları nəticəsində ölən və yaralananlar olub.

📉 ABŞ-da xam neft ehtiyatları da ötən həftə 3,06 milyon barrel azalaraq 412,5 milyon barrelə düşüb.