İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib.

Telefon danışığı zamanı liderlər Bişkekdə keçirilən son görüşü və müzakirə olunan məsələləri xatırlayıblar.

Azərbaycan hökuməti nümayəndə heyətinin İranda səfərdə olduğu və ikitərəfli münasibətlərin gündəliyindəki məsələlərin müzakirə edildiyi bildirilib.